Təhsil Nazirliyi ilə KiV Fondu jurnalistləri mükafatlandırdı

img

07-07-2010 [06:03]


Bu gün Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar "Təhsil və media: peşəkarlığın artırılmasına dəstək" layihəsi mövzusunda jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinin qaliblərinin təltif olunma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov müsabiqə barədə məlumat verərək bildirmişdir ki, ümumilikdə müsabiqəyə 45 yazı təqdim olunub. O, bu yazılardan 1 yazının birinci yeri, iki yazının ikinci, üç yazının 3-cü yeri tutduğunu, 10 yazının isə həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. M.Mərdanov belə müsabiqələrin keçirilməsinin jurnalistlərlə əlaqələrin daha da genişlənməsində əhəmiyyətli rol oynadığını vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli jurnalisləri qarşıdan gələn milli mətbuatımızın 135 illik bayramı münasibəti ilə təbrik etdi və Fondun artıq ikinci dəfədir ki, nazirliklər və MŞ ilə birgə müsabiqə təşkil etdiyini xatırladıb. O, bildirib ki, Təhsil Nazirliyi ötən illərdə də Milli mətbuat günü ərəfəsində təhsil sahəsi üzrə ixtisaslaşmış jurnalistləri diplom və digər mükafatlarla təltif edib. Lakin bu il jurnalistləri müsabiqə yolu ilə mükafatlandırmağı qərara aldıq. V.Səfərli onu da qeyd edib ki, tədbirin müsabiqə şəklində keçirilməsi daha çox jurnalistin iştirak etməsinə imkan yaradır. Daha sonra çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, bu cür müsabiqələr jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların peşəkarlıq səviyyəsinin artırılması, jurnalistlərlə dövlət qurumları arasındakı əlaqələrin daha da inkişaf etməsinə xidmət edir. Sonda aşağıdakı qalib jurnalistlərə mükafatlar təqdim olunub. I yer - 1500 manat Əliyev Namiq - "Palitra" qəzetinin baş redaktoru II yer - 1000 manat Qarayeva Sevinc - "525-ci qəzetin müxbiri Əliyev Yusif - "Azərbaycan Müəllimi" qəzetində şöbə müdiri III yer - 500 manat Əliyev Habil - "Zaman" qəzetində müxbir Ələsgərov İlham - "Mövqe" qəzetinin baş redaktoru İsmayılov İsa - "Azərbaycan Ordusu" qəzetində baş redaktor Həvəsləndirici mükafatlar - 300 manat Tahir Tağıyev - "Bakı xəbər" qəzetində baş redaktorun müavini Dilarə Əlizadə - "Exo" qəzetində müxbir Azər Nuriyev - "Kaspi" qəzetində müxbir Elxan salahov - "Lent.az" İA-da müxbir Əfsun Sucayev - "Üç nöqtə" qəzetində müxbir Orxan Məmmədov - "İki sahil" qəzeti Aynurə Əhmədova - "Ayna-Zerkalo" qəzetində müxbir Etibar Ağayev - "Yeni Musavat" qəzetində müxbir Könül Cəfərova - "Səs" İA-da müxbir Dilşad Yusifova - "Təhsil" qəzetində müxbir

Digər xəbərlər
SON XƏBƏRLƏR