ViP həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edir

img

07-07-2010 [01:57]


Vətəndaş və İnkişaf Partiyası məhkəmənin ?Gündəlik Azərbaycan? və ?Realğnıy Azerbaydjan? qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin barəsində çıxardığı 2 il 6 ay müddətinə həbs qərarla bağlı bəyana verib. Müstəqilş İnformasiya Agentliyinə daxil olan bəyanatda deyilir ki, Azərbaycan hakimiyyətinin ölkədə söz və ifadə azadlığının məhdudlaşdırılmasına yönəlik addımları bu sferadakı acınacaqlı vəziyyətlə bağlı narahatlıqları daha da artırır: ?YHakimiyyətin uzun müddətdir, həbsdə saxlanılan jurnalistlərin və bloggerlərin azadlığa buraxılması üçün qəti qərarlar qəbul etmək əvəzinə onların vəziyyətinin daha da ağırlaşdırılması yolunu seçməsi ciddi təəssüf doğurur. Azərbaycan hakimiyyəti ölkənin beynəlxalq imicinə sarsıdıcı zərbə vuran bu kimi faktların ortadan qaldırılmasına hazır olmadığını ardıcıl qaydada nümayiş etdirməkdədir. Qaradağ Rayon Məhkəməsinin 2010-cu il iyulun 6-da ?Gündəlik Azərbaycan? və ?Realğnıy Azerbaydjan? qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin barəsində çıxardığı 2 il 6 ay müddətinə həbs qərarı (sayca 3-cü) bütövlükdə Azərbaycan hakimiyyətinin söz və mətbuat azadlığına münasibətini əyani surətdə göstərir. Vətəndaş və İnkişaf Partiyası (VİP) E.Fətullayev barəsində qondarma ittihamlar əsasında çıxarılan həbs qərarlarını pisləyir və həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA