Xanhüseyn Kazımlı ?Tribuna? qəzetinin ?Şərəf nizanı? ilə təltif edilib

img

15-07-2010 [04:52]


Azərbaycan Sosial Rifah Partiyası (ASRP) iyulun 15-də ?Xalq qəzeti?nin redaksiyasında milli mətbuatımızın 135 illiyi münasibətilə ?Azərbaycan həqiqətləri beynəlxalq media müstəvisində? mövzusunda ?dəyirmi masa? keçirib. Tədbirdə ASRP-nin sədri, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı ölkəmizdə 1993-cü ildən bəri müşahidə olunan sosial?iqtisadi tərəqqi, ictimai?siyasi uğurlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə, bu yöndə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. ?Xalq qəzeti?nin baş redaktoru Həsən Həsənov Azərbaycan milli mətbuatının keçdiyi tarixi mərhələlər haqqında ətraflı məlumat verib. Milli mətbuatımızın dünəni və bu gününü müqayisəli şəkildə təhlil edən H.Həsənov onun inkişafı üçün əlverişli fəaliyyət mühitinin mövcudluğundan, inkişaf perspektivlərindən söz açıb. Digər çıxış edənlər milli mətbuatımızın 135 illik yubileyinin təşkili və keçirilməsində Prezident İlham Əliyevin qayğısını, həmçinin ölkəmizin bütün bölgələrində bu əlamətdar tarixin yüksək səviyyədə qeyd edilməsini vurğulayıblar. Azərbaycan həqiqətlərinin Rusiyanın kütləvi informasiya vasitələrində əks etdirilməsində xidmətlərə və bu ölkənin mətbuat orqanları ilə mütəmadi əməkdaşlığa görə Milli Məclisin deputatı Xanhüseyn Kazımlı ?Tribuna? qəzetinin ?Şərəf nişanı? ilə təltif edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA