Sarkozini həyat yoldazı Karla Brunini ?Parisdə gecə yarısı? filmində çəkilir

img

07-07-2010 [01:15]


Tanınmış kinorejissor Vudi Allen yeni filminin çəkilişlərinə başlayıb. ?Parisdə gecə yarısı? filmində Fransanın birinci xanımı Karla Bruni-Sarkozi də çəkilir. Yeni ekran əsərində, həmçinin tanınmış fransalı aktrisa Marion Kotiyar da rol almışdır. Romantik komediya janrında çəkilmiş filmdə ötən əsrin 20-ci illərində Fransaya gələn bir ailənin başına gələnlərdən bəhs edilir. Xatırladaq ki, Karla Bruninin fotomodellik təcrübəsi olsa da, kinematoqrafiyada o qədər də peşəkar deyildir. Bununla belə, o, 1994-cü ildə Robert Oltmenin moda dünyasına həsr olunmuş satirik filmində aktrisalıq bacarığını sınayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA