iranın mədəniyyət və islam maarifləndirilməsi naziri ilham Əliyevlə görüzüb

img

05-07-2010 [02:12]


gn=left]2010/iyul-5.jpg[/libt] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Seyid Məhəmməd Hüseyni İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə İran arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın uğurla davam etdiyi vurğulanmış və bildirilmişdir ki, bu uğurlu əməkdaşlığın mənbəyi məhz xalqlar arasındakı dostluq və qardaşlıq əlaqələridir. Bu işdə mədəniyyətlə bağlı məsələlər xüsusi rol oynayır. Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün vacib məsələ olduğu qeyd edilmişdir. Dövlətimizin başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA