Əli Əliyev: "Əli Kərimli ilə görüzdən sonra bizə qarzı etimadsızlıq göstərilməsi ilə bağlı qənaətim daha da dərinləzdi və m&#

img

04-07-2010 [04:47]


"Azadlıq" bloku daxilində yaranan gərginlik qurumu parçalanma həddinə çatırıb. Müttəfiqlər arasındakı narazılığın əsl səbəbləri isə ictimaiyyətdən gizli saxlanılır. Bu barədə müsahibə verən "Azadlıq" blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev söhbət əsnasında buna aydınlıq gətirdi. - Bu məsələ ətrafında geniş müzakirə açmağın tərəfdarı deyiləm. ?arazılıq daxili münasibətlərlə bağlıdır. Bu narazılıqlar kütləvi tədbirlərlə digər müttəfiqlərə qarşı edilən etimadsızlıqdan qaynaqlanır. Bu etimadsızlıq mühitində bir yerdə fəaliyyət göstərməyin məqsədəuyğun olub-olmaması dəyərləndirilməlidir. Biz Siyasi Şurada bunu geniş müzakirə etdik, baş verən hadisələrlə bağlı həm mən, həm də bu prosesdə iştirak etmiş partiya rəhbərliyində olan şəxslər məlumat verdilər. Siyasi Şura belə qərar verdi ki, vəziyyət kifayət qədər ciddidir. Bu, artıq qurum səviyyəsində həllini tapa bilməz. Partiya sədri olaraq Siyasi Şura məni səlahiyyətləndirdi ki, blok daxilindəki münasibətlərin tənzimlənməsi, gələcək taleyi ilə bağlı təkbaşına qərar qəbul edim. [b]- Son qərarı nə zaman verəcəksiniz? [/b] - Parlament seçkiləri VİP üçün həlledici prosesdir. Bizim 2006-cı il təsis qurultayımızda 2010 həlledici seçki kimi göstərilib. Bu ərəfədə blok daxilində belə münasibətlərin yaranması, ümumiyyətlə, müxalifət düşərgəsindəki mövcud atmosfer bizi çox narahat edir. Çalışacağıq ki, blokun taleyi ilə bağlı məsələdə bütün imkanları araşdıraq. Blokun bundan sonra qalması istiqamətində hansı addımlar lazmdırsa, atılmalıdır. [b]- Əvəz Temirxanla Siz Əli Kərimli ilə görüşdünüz. Görüş zamanı ondan Sizə qarşı sərgilənən bu mövqeyin səbəblərini soruşmadınız? [/b] - Bizə qarşı etimadsızlıq haqqında müavinlərimdə mülahizələr var idi, mən inanmaq istəmirdim ki, bu etimadsızlıq kifayət qədər dərin köklərə malikdir. Ancaq Əli Kərimli ilə görüşdən sonra bizə qarşı etimadsızlıq göstərilməsi ilə bağlı qənaətim daha da dərinləşdi və məlum oldu ki, bu etimadsızlığın kifayət qədər dərin kökləri var. Bu məsələ haqqında geniş şərh vermək istəmirəm. Biz aramızda müzakirə etmişik, onu mətbuata çıxarmaq istəmirəm. Ancaq onu demək istəyirəm ki, hazırkı vəziyyət bizə çox pis təsir göstərdi. Kifayət qədər sərt mövqe nümayiş etdirən partiya üzvləri oldu, ancaq Siyasi Şuranın çıxardığı qərar ortaq xətti müdafiə edən qərar oldu. Mənə də geniş səlahiyyət verildi. İndi mən şəraiti dəyərləndirib, informasiyamı mümkün qədər dəqiqləşdirib qərarımı ictimaiyyətə çatdıracağam. [b]- Görünən odur ki, proses "Azadlıq" blokunun parçalanmasına doğru gedir, razısınızmı? [/b] - Bu barədə bir söz deyə bilmərəm. Blokla bağlı fikrimi ifadə etdim. Çalışacağam ki, məndən asılı olan bütün addımları atım və bloku qoruyub saxlayaq. Amma bu mümkün olmasa, nə etmək olar? Əslində elə şərait yaranıb ki, "Azadlıq" blokunu saxlamaq mümkün görünmür. Ancaq bu, bizdən asılı səbəblərə görə baş verməyəcək. [b]- Blok daxilində belə bir vəziyyətin yaranmasında AXCP-ni yeganə səbəbkar kimi göstərmək olarmı? [/b] - Mən heç kəsi səbəbkar kimi çıxartmıram. Bu, bizim daxili işimizdir, bunun da mətbuat səhifələrində geniş müzakirəsinin tərəfdarı deyiləm. Hər halda biz daxildə bu haqda qərar verməliyik. Çalışacağıq ki, dəyərləndirmələr sona qədər aparılsın. [b]- Əli bəy, "Azadlıq" blokundakı narazılığın AXCP-nin Müsavata yaxınlaşması ilə hər hansı bir bağlılığı varmı? [/b] - Bu barədə bir söz deyə bilmərəm. Mən başqa yerdə günah axtarmaq istəmirəm. Əgər narazılıq "Azadlıq" blokunun daxilində yaranıbsa, yaranmış vəziyyətə görə məsuliyyəti blokun içində olan tərəflər daşımalıdır. İndi kiminsə az, kiminsə çox, kiminsə obyektiv, kiminsə subyektiv fəaliyyəti ucbatından belə bir vəziyyət yaranıb, bu başqa məsələdir. Hər halda daxildə müzakirə edib çözüm tapmaq lazımdır. [b]- Fakt odur ki, gərginliyi yaradan AXCP-dir. ?əyə görə açıq şəkildə AXCP-ni günahkar kimi göstərmirsiniz? Nədən çəkinirsiniz? [/b] - Mən heç nədən çəkinmirəm, Allahdan başqa mənim qorxduğum instansiya mövcud deyil. Sadəcə olaraq, etik baxımdan bunu düzgün saymıram. Biz kimisə, kimsə də bizi günahkar çıxara bilər. Biz böyük bir yol keçmişik. Sabah əgər bu ittifaq kiminsə üzündən dağılacaqsa, ordakı münasibətlərin üstündən xətt çəkmək, bunu asanlıqla düşmənçiliyə çevirmək tərəfimizdən düzgün hesab edilmir. Bu gün hansısa siyasi partiya hesab edir ki, hansısa siyasi taktiki yolla getmək lazımdır, özü bilər. Amma rəhbərlikdə olan şəxslərin buraxdığı səhvlər ucbatından fədakar insanların dartışması bizim mrağımızda deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA