Milli Məclisin Sosial siyasət komitəsi Səhiyyə Məcəlləsi hazırlayacaq

img

17-07-2010 [01:03]


Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən Səhiyyə Məcəlləsinin hazırlanması nəzərdə tutulur. Bu barədə komitənin sədri Hadi Rəcəbli məlumat verib. H.Rəcəblinin sözlərinə görə, artıq belə bir Məcəllənin hazırlanması vaxtı çatıb. "Azərbaycanda səhiyyə sahəsində çoxlu sayda qanun qəbul edilib ki, onların bazasında məcəllə hazırlamaq mümkündür. Ancaq Səhiyyə Məcəlləsinin hazırlanmasına qədər bir neçə qanunun da qəbuluna ehtiyac var. Bunlar "Pasientlərin hüquqlarının müdafiəsi haqqında", "Ailə həkimi haqqında" və sair qanunlardır. Hesab edirəm ki, sadalanan qanunlar qəbul edildikdən sonra Səhiyyə Məcəlləsinin hazırlanmasında da heç bir problem olmayacaq" - deyə komitə sədri vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA