Alman mazını Argentinanı darmadağın etdi

img

03-07-2010 [10:00]


Cənübi Afrika Respublikasında davam edən futbol üzrə dünya çempionatında ikinci yarımfinal cütlüyünün ilk iştirakçısı məlum olub. Lent.az-ın məlumatına görə, Almaniya millisi Argentina yığmasını 4:0 hesabı ilə məğlub edərək yarımfinala çıxıb. Hesab üçüncü dəqiqədə açılıb. Tomas Müller Bastian Şvaynştaygerin cərimə zərbəsindən ötürdüyü topu başı ilə qapıdan keçirib. 67-ci dəqiqədə almanlar hesabı 2:0 ediblər. Lukaş Podolskinin dəqiq ötürməsindən sonra Miroslav Kloze topu qapıya vurub. Üçüncü qol isə 74-cü dəqiqədə vurulub. Şvaynştayger bir neçə argentinalını keçərək cərimə meydanına daxil olub və Arne Fridrixin qol vurması üçün gözəl ötürmə edib. Nəhayət, 89-cü dəqiqədə Kloze özünün ikinci, komandasının isə dördüncü qolunu vurub. Qeyd edək ki, Argentina ilə oyunda özünün millidə 100-cü oyununa çıxan Miroslav Kloze bu çempionatda 4-cü, dünya çempionatları ərzində isə 14-cü qolunu vurub. Hazırda o, ancaq braziliyalı Ronaldodan geri qalır. Ronaldonun hesabında 15 top var. Almanlar yarımfinalda İspaniya-Paraqvay oyununun qalibi ilə görüşəcəklər. Bu oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA