?UNiBANK? mini-futbol üzrə banklararası çempionatın qalibi oldu

img

02-07-2010 [01:47]


?Unibank? ASC-nin komandası, Bakı Banklararası Valyuta Birjası (BBVB) tərəfindən iyunun n 5-dən 25-ə kimi təşkil etdiyi mini-futbol üzrə banklararası çempionatda qalib gəlmişdir. Nüfuzlu turnirdə ölkənin bank ictimaiyyətini təmsil edən səkkiz komanda iştirak edib. ?Unibank?ın futbolçuları qrup mərhələsində 3 qarşılaşmadan 2-də rəqiblərinə qalib gəlmiş və yarımfinalda ?VTB-Azərbaycan?dan olan həmkarlarına 6:2 hesabı ilə qalib gələrək, finala çıxmışlar. ?Unibank? və Kapitalbank? komandaları arasında keçirilən final oyunu isə banklararası turnirin ən maraqlı və gərgin matçı olmuşdur. Oyunun birinci hissəsinin nəticəsinə görə hesabın 2 top fərqlə rəqibin xeyrinə olmasına və iki oyunçunun meydandan xaric olunmasına baxmayaraq, final görüşün ikinci hissəsində ?Unibank?çılar inadkarlıq göstərmiş, rəqiblərin qapısına iki cavab topu vurmuşlar. Finalın kulminasiyası oyunun əsas vaxtından sonra qapılara vurulan penaltilər olmuşdur ki, onların nəticələrinə görə ?Unibank? 6:5 hesabı ilə layiqli qələbə qazanmışdır. Ölkənin bankları arası mini-futbol üzrə çempion olmaqla, ?Unibank?ın kollektivi yenidən oyun birliyi və korporativ ruh əzmi, habelə 18 il ərzində maliyyə təsisatın etibarlılığını və dinamik inkişafını təmin edən, müsbət nəticələrə yönümlüyünü nümayiş etdirmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA