Prezident ilham Əliyev Sona Salmanovanı Konstitusiya Məhkəməsinin sədr müavini təyin edib

img

01-07-2010 [11:51]


İlham Əliyevin sərəncamı ilə Sona Sadıx qızı Salmanova Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini təyin edilib. Qeyd edək ki, Sona Salmanova 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bakı Şəhər Məhkəməsində məhkəmə iclası katibi (1979-80), Azərbaycan Respublikası Ali Məhkəməsində məsləhətçi (1980-83), Ali Məhkəmə Plenumunun katibi, Ali Məhkəmənin Rəyasət Heyəti və Plenumunun katibi, Ali Məhkəmənin üzvü (1983-98) vəzifələrində işləyib. 1998-ci ildən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA