7gun.az Xəbər Portalına xaker hücumu oldu

img

01-07-2010 [01:10]


Ötən gün 7GUN.AZ Xəbər Portalına xaker hücumu olub. Hücum nəticəsində Portalın fəaliyyətində fasilə yaranıb və saytın özünə bir sıra zərərlər dəyib. Portalın rəhbəri Cavid Ələsgəroğlunun MİA-ya verdiyi məlumata görə, xaker hücumu barədə onlara xəbəri texniki işçilər veriblər. Belə ki, texniki işçilər günün ikinci yarısı saytın fəaliyyətində çatışmazlıqlar qeydə alıblar. Ardından da məlum olub ki, Portala məlumat yerləşdirmək mümkün deyil. Nəticədə, saytın üz qabığına fərqli fiqurlar və mətnlər gəlməyə başlayıb. ?Məsələ ilə bağlı provayderlə əlaqə saxladıq və onlardan yardım istədik. Bizə bildirdilər ki, qısa müddətdə xaker hücumunun qarşısını alacaqlar. Verdikləri sözün üzərində durdular. Hazırda 7GUN.AZ Xəbər Portalı normal şəkildə fəaliyyətini bərpa edib?. Cavid Ələsgəroğlu daha sonra deyib ki, son dövrlər belə halların, yəni saytlara xaker hücumlarının çoxalması heç də yaxşı əlamət sayılmır. Onun sözlərinə görə, müvafiq qurumlar bu problemə qarşı mübarizəni genişləndirməli və tədbir görməlidirlər. ?Saytların təhlükəsizliyi məsələsi dünyanın hər yerində ciddi şəkildə nəzarətdə saxlanılır. Təəssüf ki, Azərbaycanda bu məsələ hələlik həllini tapmayıb. Belə vəziyyətin yaranması isə portalların fəaliyyətinə mənfi təsir göstərir ki, bu da informasiya qıtlığının yaranmasına gətirib çıxarmaqla yanaşı, həm də təhlükəsizlik məsələsində müvafiq qurumlara inamsızlığın formalaşmasına səbəb olur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR