Sabah Dillər Universitetində ?Məzun Günü? keçiriləcək

img

30-06-2010 [11:43]


ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, iyulun 1-də Azərbaycan Dillər Universitetində (ADU) ?Məzun Günü? keçiriləcək. Tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun açılış nitqi ilə çıxışı nəzərdə tutulur. ?Məzun günü?-ndə universiteti fərqlənmə ilə bitirmiş tələbələrə diplomlar veriləcəyi gözlənilir. Tədbirin sonunda tanınmış və populyar incəsənət nümayəndələrinin iştirakı ilə konsert keçiriləcək. Qeyd edək ki, 2009-2010-cu tədris ilində ADU-nu 1034 nəfər tələbə bitirir. Onlardan 910 nəfəri bakalavr, digərləri isə magistratura təhsil pilləsini başa vurur. Tədbir iyulun 1-i saat 16:30-da Azərbaycan Dillər Universitetinin (ADU) əsas binasının akt zalında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR