Borçalı Cəmiyyəti ?Dədə Camal Məclisi?nin növbəti toplantısını keçirib

img

29-06-2010 [01:03]


?Borçalı? İctimai Cəmiyyəti nəzdindəki ?Dədə Camal Məclisi?nin növbəti ? XI toplantısı ?Naxçıvan-Borçalı əlaqələri? mövzusuna həsr olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, 27 iyun 2010-cu il tarixində baş tutan mərasimi folklor tədqiqatçısı Elxan Məmmədli açaraq, təşkilatın üzvlərini və qonaqları salamlayıb. Cəmiyyətin budəfəki müzakirə mövzusu barədə ətraflı məlumat vermək üçün sözü ?Borçalı? İctimai Cəmiyyətinin sədri, dəyərli ictimai xadim Zəlimxan Məmmədliyə verdi. Zəlimxan Məmmədli Cəmiyyətin yarandığı ilk dövrdən bugünəcən görülən işlərdən, görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Artıq XI toplantısını keçirən ?Dədə Camal Məclisi?nin Borçalıda yaşayan Qarapapaq türklərinin, Dərbənd, Qarabağ, Şirvan, Güney Azərbaycan, Axıska türklərinin və s. problemlərinə, Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların qayğı və problemlərinin həll olunmasına, ədəbi-mədəni əlaqələrin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlərin davamı kimi Naxçıvanla Borçalı arasındakı ədəbi-mədəni əlaqələrin müzakirə mövzusuna çevrilməsini vacib saydıqlarını diqətə çatdırıb. Siyasi mənsubiyyətdən, yaxud hansı bölgəni təmsil etməsindən asılı olmayaraq cəmiyyətin fəaliyyətində yaxından iştirak edən bütün ziyalılara bundan sonra da həyata keçiriləcək layihələrdə yaxından iştirak etmələrini arzulayıb. ?Bu, Azərbaycanımızın mövcud durumunda hər zamankından daha vacib məsələdir. Bir olmaq birliyimizin ən vacib şərtlərindəndir?, - söyləyən Zəlimxan Məmmədli tanınmış şair və tədqiqatçı Nizami Saraclını 60 illik yubileyi münasibətilə təbrik edərək, ona təşkilatın diplomunu və üzərində ?Borçalı? İctimai Cəmiyyətinin emblemi işlənmiş kiçik əl xalçasını hədiyyə edib. Akademik Vəli Əliyev əzəli-əbədi türk torpağı olan qədim Naxçıvan, onun tarixi, mədəni keçmişi və bügünü ilə bağlı ətraflı məruzə ilə çıxış edib. Eramızdan çox-çox əvvəllərə gedib çıxan Kür-Araz mədəniyyətinin mövcudluğunun, türklüyümüzün varlığını sübut edən faktlara söykəndiyindən danışıb. BDU-nun dosenti, görkəmli tarixçi-alim Kərəm Məmmədli yalnız sərhəd dirəkləri vasitəsi ilə ayrıldığı üçün müxtəlif dövlət adları daşıyan əzəli türk torpaqılarında yaşayan türkləri birləşdirən ortaq mədəniyyətlərin müxtəlif məqamlarından danışıb. Filologiya elmləri namizədi, dosent, tədqiqatçı Aydın Mədətoğlu öz fikirlərini orijinal şəkildə ifadə edib: Türk bəşəriyyətin ruhudur. Ruh ölərsə, bəşəriyyət məhv olar. Şair Abbas Abdulla, hərbçi-ifaçı Şəmistan Əlizamanlı, akademik Cəlal Allahverdiyev, tanınmış ziyalı Nizami Muradov, şairlərdən Dərviş Osman Əhmədoğlu, Kələntər Kələntərli, Nizami Saraclı, Rəhman Babaxanlı və başqaları müzakirə olunan məsələyə öz münasibətlərini bildirərək, cəmiyyətin atdığı hər bir addıma bugündən sonra da yardımçı olacaqlarını vurğuladılar. Cəmiyyətin işlərinə böyük uğurlar arzuladılar. Şair Rəhman Babaxanlı 60 illik yubileyi münasibəti ilə cəmiyyətin xatirə diplomu və hədiyyə ilə mükafatlandırıldı. Həmçinin akademik Vəli Əliyev və dosent Aydın Mədətoğlu ?Borçalı? İctimai Cəmiyyətinin fəxri üzvləri seçilərək diplomla təltif olundular. ?Borçalı? İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli təşkilatın bugünkü tədbirinə qatılanlara öz minnətdarlığını bildirərərk, onları iyul ayının 25-də Dmanisidə təşkil olunacaq II ?Borçalı Türklərinin Elat Mədəniyyəti günü? bayramında iştirak etməyə dəvət etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA