DUi Azərbaycanın Belarusa borc verməsi məsələsinə aydınlıq gətirilməsini tələb edir

img

28-06-2010 [01:20]


Bu gün Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. DUİ SŞ ABŞ, Fransa və Rusiya prezidentlərinin Qarabağ probleminin həlliylə bağlı bəyanatında bir sıra məqamların (referndum,sülhməramlı qüvvələr və s.) Azərbaycanın milli və dövlət maraqlarına zidd olduğu üçün qəbuledilməz olduğunu bildirir və öz kəskin etirazını bildirir. DUİ SŞ Türkiyə Cümhuriyyətində PKK-nın terror aktllarını qəzəblə pisləyir, Azərbaycanda PKK-nı terror təşkilatı kimi tanınmasını və anti türk fəaliyyətinə son qoyulmasını tələb edir. Azərbaycan hakimiyyətini PKK ilə bağlı informasiyalara diqqət yetirməməsini yolverilməz hesab edir. "Diplomat" qəzeti ilə bağlı təhqiqat aparılmasını tələb edir. DUİ SŞ ATƏT-in Bakı ofisinin rəhbəri 2010-cu il parlament seçkiləri bağlı fəaliyyətini dəstəkləyir. ATƏT-in üzvü olan ölkələrin Bakı səfirləriylə birlikdə keçirdiyi tədbirdə səsləndirdiyi fikirləri müdafiə edir, bu istiqamətdəki fəaliyyətini gücləndirməyə çağırır. DUİ SŞ İ.Əliyev tərəfindən Azərbaycan dövlətinə məxsus 200 milyon $ pulu Belorus Respublikasına borc verilməsi məsələsinə aydınlıq gətirilməsini tələb edir. DUİ SŞ 03 iyul 2010-cu il tarixində keçiriləcək mitinqə hazırlıqla bağlı məsələ müzakirə edib və bununla bağlı rayon (şəhər ) şöbələrinin müşavirəsini keçirmək haqda qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA