Milli Məclis 2010-cu il dövlət büdcəsinə dəyiziklikləri qəbul etdi

img

18-06-2010 [12:56]


?Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında? qanuna dəyişiklikləri nəzərdə tutan layihə Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb. Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bildirib ki, son aylar dünyada və ölkədə baş verən proseslər, eləcə də neftin qiymətinin artması büdcəyə əlavə və dəyişikliklər etmək zərurəti yaradıb. Büdcəyə təklif edilən dəyişikliklə bağlı maliyyə naziri Samir Şərifov bildirib ki, layihədə Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirlərinin 1 490 mln. manat, xərclərinin isə 1 011,3 mln. manat artırılması təklif olunur. Artımla da dövlət büdcəsinin gəlirləri 11 505 mln. manat, xərcləri isə 12 275,3 mln. manat təşkil edəcək. Gəlirlərin artımının 490 mln. manatı Vergilər Nazirliyi, 1 mlrd. manatı isə Dövlət Neft Fondundan transfertlər hesabına formalaşacaq. Bununla da Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxil olması planlaşdırılan vəsaitlərin həcmi 4 470 mln. manat olacaq. Proqnozlaşdırılan büdcə kəsirinin məbləği 478,7 mln. manat azaldılacaq. Nazir bildirib ki, xərclərin artırılmasına bir sıra amillər əsas verir. Kür və Araz çaylarının yaratdığı sel fəlakətinin fəsadlarının aradan qaldırılması və gələcəkdə anoloji halların baş verməməsi üçün tədbirlərin maliyyələşdirilməsinə 300 mln. manat ayrılır: ?Müdafiə xərclərinə 400 mln. manat əlavə ediləcək. Bu, geosiyasi vəziyyət nəzərə alınaraq ölkənin müdafiə potensialının yüksəldilməsi məqsədi daşıyır. Naxçıvanda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsinə 17 mln. manat, yol layihələrinin başa çatdırılması, Bakı şəhərində tarixi əhəmiyyətli binaların bərpası, rayonlarda su və kanaliza siyasistemlərinin yaxşılaşdırılmasına 129 mln. manat, elmə 3 mln. manat, səhiyyəyə 10 mln. manat ayrılır. Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin dotasiyası 2,7 mln. manat artırılacaq. Dövlət büdcəsinin kəsiri ÜDM-in 2,3%-ni təşkil edəcək?. Daha sonra qanun layihəsi millət vəkillərinin müzakirəsinə təqdim olunub. Müzakirələrdən sonra 98 səs lehinə, 5 səs əleyhinə olmaqla Milli Məclis ?Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında? qanuna dəyişiklikləri qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA