?Kütləvi informasiya vasitələrinin dili? mövzusunda elmi konfrans keçirilir

img

25-06-2010 [06:00]


AMEA Rəyasət Heyətində AMEA Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə ?Kütləvi informasiya vasitələrinin dili? mövzusunda elmi konfrans işə başladı. Konfransı giriş sözü ilə açan AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Ağamusa Axundov müasir Azərbaycan dilinin formalaşmasında və inkişafında Azərbaycan mətbuatının rolu və təsir imkanlarından danışıb. O, Azərbaycan dilinin zamanın tələblərinə uyğun şəkildə inkişaf etdiyini, eyni zamanda KİV-də bəzi sözlərin yerində və düzgün işlənmədiyini qeyd edib. Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu bildirib ki, jurnalistlər mətbuat səhifələrində gedən yazılarında vulqar sözlərdən və jarqonlardan istifadə etməməli, dilin özünəməxsussluğuna xələl gətirən addımların yol verilməz olduğunu anlamalıdırlar. ?Azərbaycan? qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova, professor Qulu Məhərrəmli, Azərbaycan Jurnalistlər İttifaqının sədr müavini Valid Sənani və digərləri ?Mətbuat və dil?, ?Milli mətbuatda söz yaradıcılığının inkişaf istiqamətləri?, ?KİV-də alınma sözlərin işlənmə məqamları? mövzularında çıxış ediblər

Digər xəbərlər
SON XƏBƏRLƏR