Məhəmməd Ərsoy yeni qəzet-?Xəbər Al?ı nəzr etdirməyə bazlayır

img

25-06-2010 [11:43]


?Ölkədə həqiqətən də qəzet qıtlığı var və biz inanırıq ki, yeni açacağımız qəzet qısa müddət içində uğur qazanacaq? bu sözləri nəşri planlaşdırılan yeni mətbu orqanın ? ?Xəbər Al? qəzetinin baş redaktoru Məhəmməd Ərsoy söyləyib. ?Biz qəzetlərin bol olduğu dönəmdə uğur qazanmışdıq. İndi isə qəzet bazarı dəhşətli dərəcədə kasadlaşıb. Vəziyyət o həddə çatıb ki, insanlar qəzet oxumağı belə yadırğayıblar. ?Xəbər Al?ın başlıca hədəflərindən biri də məhz oxucu bolluğuna nail olmaq, həm də ölkədə baş verən əsl həqiqətləri doğru şəkildə çatdırmaqdan ibarətdir? deyən baş redaktor vurğuladı ki, hələlik həftənin hər birinci günü nəşr olunması planlaşdırılan ?Xəbər Al?ın sentyabr ayından gündəlik çıxarılması nəzərdə tutulur. Məlumat üçün onu da bildirək ki, ?Xəbər Al? qəzetinin siyasi yön baxımından müxalifət fikrin yanında olması ilə yanaşı, həm də mövcud olan qeyri-rəsmi informasiya blokadası mühitində vətəndaşlara doğru xəbərin ünvanı kimi xidmət göstərməsi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR