Lukaşenko erməni səfirə etiraz etdi: “Ermənistanın bu məsələ ilə nə əlaqəsi var?"

img

28-03-2017 [15:32]


Belarus prezidenti Aleksandr Lukaşenko bloger Aleksandr Lapşinin ekstradisiyası məsələsi ilə bağlı nə Azərbaycanla, nə də Ermənistanla mübahisə etmək niyyətindədir.

"RİA Novosti"nin verdiyi məlumata görə, A. Lukaşenko bunu Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryanla görüşündə deyib. O, həm Azərbaycan, həm də Ermənistan xalqını özlərinə yaxın hesab etdiklərini söyləyib.

A. Lukaşenko A. Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı Ermənistan tərəfdən rəsmi Minskin tənqid olunmasına da münasibət bildirib:

"Ermənistanın bu məsələ ilə nə əlaqəsi var? Ermənistan tərəfindən Aleksandr Lapşinin məsələsi ilə bağlı mənə heç vaxt heç nə deyilməyib. O, Azərbaycan tərəfindən axtarışa verilmişdi. Burada saxlanıldı. İnterpol bilirdi. Biz lazımi, qanunauyğun şəkildə məlumat verdik. Onu kimə verməli idik? Barəsində axtarış elan edən ölkəyə verməli idik. O, 3 ölkənin vətəndaşıdır, lakin heç bir ölkə onunla bağlı tələb irəli sürmədi”. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR