Polisin xidməti avtomobilini zədələyən şəxs saxlanıldı - Təfərrüat + FOTO

img

27-03-2017 [19:00]


Göygöldə polisin xidməti avtomobilini zədələyən şəxs saxlanılıb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, yanvarın 17-də Göygöl Rayon Polis Şöbəsinin "Fiat Doblo" markalı xidməti avtomobilini zədələyən Şəmkir sakini, 49 yaşlı Talıb Bayramov saxlanılıb.
 
O, toy məclisində olan zaman bacısı Məhsəti İbrahimovanın avtomobillə vurulması xəbərini eşidib və sərxoş halda məclisi tərk edərək polis avtomobilinə hücum çəkib. Bir müddət yaşadığı Şəmkirin Qılıncbəyli kəndindən ayrı düşən T. Bayramov müxtəlif ünvanlarda qalıb. Göygöl Rayon Polis şöbəsinin əməkdaşları onu Abşeron rayonu Masazır qəsəbəsində saxlamağa müvəffəq olub.
 
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanılıb. İstintaq aparılır.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA