Bakıda qadın ağır qəza törətdi: Marşurut aşdı - FOTOLAR

img

26-03-2017 [14:44]


Ötən gün axşam saatlarında Qaradağ rayonu ərazisində - Sədərək Ticarət Mərkəzi qarşısındakı Astara-Bakı istiqamətindəki magistral yolunda qəza baş verib.

Mia.az bildirir ki, bu barədə turkustan.info-nun hadisə yerində olan müxbirinin xəbərinə görə "Ford" markalı sərnişin daşıyan avtomobil ilə "Mercedes-Benz" minik avtomobili tək tərəfli yolda toqquşublar.

Hadisə yerinə gələn FHN və Təcili Tibbi Yardım nümayəndələri hər iki avtomobildə ağır yaralanan sərnişinləri çıxararaq xəstəxanaya aparıblar.

Toqquşma nəticəsində çevrilərək aşan "Ford" markalı sərnişin daşıyan avtomobilin içindəki sərnişinlər daha ağır xəsarət alıblar.

Hadisə Mercedes avtomobilinin təhlükəli ötmə əməliyyatı nəticəsində baş verib. Avtomobilin sürücüsü qadın olub.




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA