Balakəndə maşın 5 yaşlı uşağı vuraraq öldürdü

img

24-03-2017 [22:55]


Balakəndə 5 yaşlı uşağı maşın vuraraq öldürüb.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə martın 24-ü, axşam saat 17 radələrində Səttar Gözəlov küçəsində baş verib.

Valideynləri ilə birlikdə şadlıq evində keçirilən tədbirdən çıxıb evə gedən 5 yaşlı Sona Allahverdiyevə onların əlindən qaçaraq qəfildən yolun hərəkət zolağına çıxıb. Bu zaman azyaşlını rayon sakini Xəlil Ağayev idarə etdiyi "Opel” markalı minik avtomobili ilə vurub.

Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Sona Allahverdiyeva Balakən Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA