QHT-lərə Dövlət Dəstəyi Şurası yeni qrant müsabiqəsi elan etdi

img

24-06-2010 [12:10]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu gün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2010-cu il üçün növbəti qrant müsabiqəsi elan edib. Şura müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir. Şuradan bildirlib ki, ilk növbədə ?Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası?na uyğun olaraq, aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcək: Mövzular 1 layihənin maksimum dəyəri-Müsabiqənin ümumi fondu 1 Demokratikləşmə prosesinin dərinləşməsinə dair təşəbbüslər 7.000,0 - 15.000,0 2 Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması 8.000,0 - 40.000,0 3 Qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiəsi 7.000,0 - 15.000,0 4 Virtual məkanda Azərbaycan həqiqətləri ilə bağlı elektron resursların mövcud vəziyyətinin öyrənilməsi və müvafiq hesabatların hazırlanması 5.000,0 - 10.000,0 5 Beynəlxalq təşkilatlar və xarici QHT-lərlə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində təşəbbüslər 7.000,0 - 15.000,0 6 Tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər 7.000,0 - 15.000,0 7 Təhsilin keyfiyyətinin artırılmasına dair təşəbbüslər 6.000,0 - 15.000,0 8 Mədəniyyətə dair təşəbbüslər 6.000,0 - 15.000,0 9 Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial problemlərinin həllinə dəstək 7.000,0 - 15.000,0 10 Sosial xidmətlərin yaxşılaşdırılması sahəsində təşəbbüslərə dəstək 7.000,0 - 20.000,0 Cəmi 175.000,0 Müsabiqədə siyasi, dini, təhsil üçün təqaüdlər sahələri dəstəklənmir. Ərizələr 25 iyun tarixindən 23 iyuladək qəbul olunacaq. Ərizə yalnız Şuranın təsdiq etdiyi formada (elana əlavə edilir: Əlavə 1, Əlavə 2, Əlavə 3), Azərbaycan dilində çap və elektron variantlarında (diskdə, Times New Roman şriftində) hazırlanmalı və Şuranın Katibliyinə təqdim edilməlidir. Əlavə 1: Ərizə forması Əlavə 2: Layihə təklifi forması Əlavə 3: Layihənin büdcəsinin hazırlanmasına dair təlimat Müsabiqənin nəticələri 2010-cu ilin sentyabrın 1-dən sonra elan olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR