Yol polisi qəza törətdi - 2 nəfər yaralandı

img

19-03-2017 [14:18]


Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, Sabunçu rayonu ərazisində, Ramana-Maştağa yolunda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 nömrə nişanlı "BMW" ilə "QazEl" markalı, 99 KN 280 qeydiyyat nişanlı yük maşını toqquşub.

Qəza nəticəsində yol polisi avtomobilini idarə edən 31 yaşlı inspektor və yük maşınını sürən 51 yaşlı kişi müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:12 14.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA