Nikole Sarkozi futbola görə hökumətin iclasını çağırıb

img

23-06-2010 [05:29]


Fransa prezidenti Nikole Sarkozi ölkə yığmasının dünya çempionatında uğursuz çıxışına görə bu gün hökumətin iclasını keçirir. İclasda baş nazir Fransua Fiyon və idman nazirliyinin rəhbərləri iştirak edirlər. Sabah isə prezident yığmanın aparıcı oyunçularından olan Terri Anrini qəbul eləməlidir. Sarkozu komandanın çempionatda çıxışını ? yolverilməz məğlubiyyət? adlandırıb. Qrup mərhələsində cəmi 1 xal toplayan Fransa yığması 1/8 finala çıxa bilmədi. Məlumatlara görə, komandada oyunçularla baş məşqçi Raymon Domenek arasında kəskin mübahisə, narazılıq yaranıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA