?Azərbaycan xalçası? beynəlxalq festivala çıxır

img

23-06-2010 [03:19]


İyunun 22-dən 26-dək İtaliyanın Sardiniya adasında keçiriləcək ənənəvi beynəlxalq film müsabiqəsində Azərbaycan da təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, beynəlxalq müsabiqədə Azərbaycanı ?Azərbaycan xalçası? sənədli filmi təmsil edir. Rejissor Şamil Əliyevin 2009-cu ildə dövlət sifarişi ilə çəkdiyi film artıq bir çox ölkələrdə, o cümlədən Fransa, Ukrayna, Rusiya, Almaniyada keçirilmiş festivallarda iştirak edib. İtaliyanın Sardiniya adasında keçirilən ənənəvi beynəlxalq müsabiqədə film festival tamaşaçılarına təqdim olunacaq. Filmin ssenari müəllifi Aydın Talıbzadə, operatoru Nizami Abbas və səs rejissoru Teymur Abdullayevdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA