"Ənvər Seyidov dedi ki, hökmünü heç kim ləğv edə bilməz" - Polis rəisinin sabiq müavini haqda açıqlama

img

15-03-2017 [21:50]


"Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz və insafsız hakimi Ənvər Seyidov qanunsuz hökmü ilə sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) Nazim Hüseynovu AR CM-nin 178.3.2-ci maddəsilə təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdi."

Mia.az xəbər verir ki, bu sözləri vəkil Adəm Məmmədov sosial şəbəkədə deyib.

Onun sözlərinə görə, Ənvər Seyidov o zaman vəkilə bildirib ki, hökmünü heç kim ləğv edə bilməz:

"Qeyd edilən qərardan tərəfimdən apellyasiya şikayəti verilmiş və bu gün Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Nazim Mövsümovun hökmü ilə hüquqlarını müdafiə etdiyim şəxsə bəraət verildi. N.Hüseynov günahsız yerə 8 ay həbsdə saxlanılmışdır. Bayram qabağı bu ailəyə bəxş etdiyim sevincə görə çox xoşbəxtdəm".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA