Dəm qazından boğulan tələbələrdən 2-si 2-ci kursda oxuyurmuş... - Açıqlama

img

15-03-2017 [14:29]


Xırdalanda mənzildə dəm qazından zəhərlənərək ölən Mələk Abbasova və Turanə Xalıyeva II kurs tələbələri olub.
 
APA-nın məlumatına görə, bunu Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Rüsxarə Əliyeva bildirib.
 
"Mənə xəbər verilən kimi hadisə yerinə gəldim. Böyük faciə baş verib. Deyilənə görə, hadisə dəm qazı nəticəsində baş verib", - deyə o vurğulayıb. 
 
Qeyd edək ki, Xırdalan şəhərində kirayədə yaşayan 5 nəfər dəm qazından boğularaq ölüb. Bunlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı, 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızı və Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızıdır.
  
Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA