19 yaşlı oğlandan dəhşətli addım - Özünü 12-ci mərtəbədən atdı

img

14-03-2017 [22:22]


Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Mia.az lent.az-a istinadən xəbər verir ki, Yeni Yasamal qəsəbəsi, Fuad İbrahimbəyli küçəsində yaşayan 1998-ci il təvəllüdlü Səmədov Şahmar Canəli oğlu özünü binanın 12-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Bildirilir ki, 19 yaşlı Şahmar Yeni Yasamalda anası ilə birgə yaşayırmış. Onlar Hövsan qəsəbəsində qeydiyyatdadır.

Gənc oğlanın hansı səbəbdən həyatına son qoyması hələlik məlum deyil. Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA