64 yaşlı kişinin qətli - Baş Prokurorluq xəbər yaydı

img

13-03-2017 [19:47]


Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Nərimanov rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Bu barədə Mia.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, cari il fevralın 5-də saat 18 radələrində 1953-cü il təvəllüdlü Hüseynov Firudin Bağır oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı mənzildə aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib, maddi sübutlar, əl-barmaq izləri götürülüb və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib:

"Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin əvvəllər məhkum olunmuş Məmmədov Zakir Elxan oğlu tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA