ADP gəncləri polis zorakılığına etiraz etdi

img

22-06-2010 [02:15]


ADP-nin Gənclər Təşkilatı iyunun 19-da Bakı şəhərində müxalifətin keçirdiyi kütləvi aksiya zamanı polisin akisya iştirakçılarına qarşı amansız davranması və aksiya iştirakçılarına aşırı güc tətbiq etməsini pisləyən bəyanatla çıxış edib. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda deyilir: ADP gənclər təşkilatı 19.06.2010-cu ildə müxalifətin keçirdiyi mitinqdə saxlanılanlara və xüsusən gənclərə qarşı polisin yersiz aqressiv hərəkətlərini qətiyyətlə pisləyir, polisin qanuna zidd hərəkətlərinə rəhbərlik edən Bakı şəhər BPİ-nin rəis mavini general-mayor Yaşar Əliyevin və 9-cu polis bölməsinin rəisi p/leytinat Həsən Abdullayevin amansiz fiziki təsirlərini qanuna zidd hesab edərək cinayət törətmiş polislərin qanun qarşısında cavab vermələrini tələb edir. ADP Gənclər Təşkilatı aksiya zamanı partiyanın üzvü olan gənclərdən Kamal Hüseynovun, Şəhla Hacıyevanın, Orxan Hüseynovun saxlanılaraq Qaradağ rayonunun Qobustan qəsəbəsinə aparılmasını, ADP gənclər təşkilatının sədr müavini Cəmil Hacıyevin, bitərəf gənc Rövşən Nəsirlinin və digər gənclərin Səbayel rayon BPİ-də döyülərək təhqir edilmələri və qanunsuz olaraq mühakimə olunmalarını kobud qanun pozuntusu hesab edir və iqtidarı bu cür qanunsuz əməllərdən əl çəkməyə çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA