Bakıda dərman şirkətinin rəhbəri həbs edildi - Saxta dərmanlara görə

img

11-03-2017 [18:06]


Bakıda Səhiyyə Nazirliyi tərəfindən 2016-ci il yanvarın birində lisenziyası ləğv edilsədə əczaçılıq fəaliyyəti göstərən "Murad Farm" MMC-nin rəhbəri həbs edilib.

Mia.az xəbər verir ki, bu barədə məlumatı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. 

"DİN-in əməkdaşlarına təşəkkür! Sizə məlum olduğu kimi öncə "Azad İstehlakçılar" İctimayi Birliyi (AİİB) ölkəyə qeydiyyatdan keçməyən, mənşəyi məlum olmayan dərman vasitələrinin satış şəbəkəsi, idxalçilar, gizli dərman depoları və.s barədə dövlət orqanlarına məlumat verməsi barədə informasiya vermişdi. Bu gün DİN-dən alınmış rəsmi cavab məktubunda bildirilir ki, Bakı şəhəri,N.Nərimanov rayonu Y.Çəmənzəminli küçəsi ev 40 ünvanda yerləşən "Murad Farm"MMC-nin təsisçi direktoru İskəndərov Kamil Razim oğlu AR-nın cinayət məcəlləsinin 240.1 maddəsi ilə təqsirləndirilərək həbs olunub. Bu fakt bir daha sübut edir ki, Ölkə Prezidentinin söylədiyi kimi İCTİMAYİ NƏZARƏT olarsa, ölkəmizdə bir çox neqativ hallara son qoyular! DİN-in bu işlə bilavasitə məşğul olmuş əməkdaşlarına təşəkkür edirəm" - deyə E.Hüseynov bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA