Bakı-Sumqayıt yolundakı dəhşətli qəzada yaralanan daha bir tələbə öldü - Say 6 oldu...(Foto)

img

11-03-2017 [10:07]


Bakı-Sumqayıt yolunda baş verən qəzada yaralanan Lalə Nəsirzadə ölüb.

Mia.az xəbər verir ki, 18 yaşlı Lalə Nəsirzadə bu gün səhər saatlarında dünyasını dəyişib. O, 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində komada idi. O, Sumqayıt Dövlət Universitetinin tələbəsi idi.

Xatırladaq ki, martın 9-da səhər saatlarında Bakı-Sumqayət yolunda ağır qəza olub. Qəza zamanı Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi - İbrahim Quliyev, İbrahim Nəsibov, Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova vəfat etmişdi.

Daxili İşlər Nazirliyindənbildirilib ki, hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

"Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu saxlanılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA