?Ipək yolu? i beynəlxalq musiqi festivalına ciddi hazırlıq görülür

img

21-06-2010 [05:43]


?İpək yolu? I Beynəlxalq Musiqi Festivalına ciddi hazırlıq görülür. Bu sözlər Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 27-dən iyulun 2-dək Şəki şəhərində keçiriləcək ?İpək yolu? I Beynəlxalq Musiqi Festivalına həsr olunmuş mətbuat konfransında səslənib. Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə deyib ki, böyük tarixə, qədim dövlətçilik ənənələrinə, yüksək mədəniyyətə malik olan Şəki şəhərində ?İpək yolu? I Beynəlxalq Musiqi Festivalının keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Bu layihələrdə əsas məqsəd xalqımıza məxsus zəngin tarixi-mədəni irsi qoruyub saxlamaq və təbliğ etmək, bölgənin turizm potensialını genişləndirməkdir. Festivalın gündəliyi barədə məlumat verən ABİ-nin sədri bildirib ki, beş gün davam edəcək musiqi bayramının təntənəli açılış mərasimi iyunun 27-də Şəki xanlarının sarayında Qara Qarayev adına kamera orkestrinin konserti ilə başlayacaqdır. Festivalda yerli və Bakıdan gəlmiş kollektivlər geniş konsert proqramı ilə çıxış edəcəklər. Festivalın proqramına uyğun olaraq növbəti günlərdə musiqi kollecində, Kiş kəndindəki alban məbədinin həyətində, Şəki Dövlət Dram Teatrında Koreya Respublikasının folklor kollektivinin, ?Sarı gəlin? Norveç-Azərbaycan ansamblının, Qara Qarayev adına kamera orkestrinin, Bəstəkarlar İttifaqının simli kvartetinin konsertləri keçiriləcəkdir. F.Əlizadə deyib ki, festival çərçivəsində Helsinki Musiqi Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Nikita Yujanin Şəki Musiqi Kollecində ustad dərsləri keçəcək, Azərbaycan Dövlət Opera və Balet Teatrı ?Yuxarı Karvansara? mehmanxana kompleksində ilk dəfə olaraq açıq havada Üzeyir Hacıbəylinin ?Leyli və Məcnun?, Müslim Maqomayevin ?Şah İsmayıl? operalarından parçalar təqdim edəcəkdir. Festivalın bağlanış günündə isə ?Azərbaycan Televiziya və Radio Verilişləri? Qapalı Səhmdar Cəmiyyətinin xor kollektivinin və simfonik orkestrinin ifalarında konsert proqramları dinləniləcəkdir. Tədbirdə çıxış edən Şəki şəhər İcra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev və başqaları bildirmişlər ki, ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin mədəni irsin qorunub saxlanmasına xidmət edən fərman və sərəncamları buna bariz nümunədir. Vurğulanıb ki, son vaxtlar Şəkidə də bu istiqamətdə müxtəlif xarakterli bayramların keçirilməsi artıq ənənə şəklini alıb. Sonda AİB-in sədri jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA