Bakı-Sumqayıt yolunda tələbələrin ölümünə səbəb olan sürücü saxlanılıb - DİN

img

09-03-2017 [11:19]


Bakıdan Sumqayıt şəhəri istiqamətinə gedərkən qəzaya uğrayan mikroavtobusun sürücüsü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-ci il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək dəmir yolayrıcına çırpılıb.

 "Onun qarşısına piyada çıxmayıb", - deyə, idarədən bildirilib.

Hüseynov Namiq Hüseyn oğlu dindirilir, həmçinin, onun sərxoş olub-olmadığı araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA