Azərbaycanda iki futbolçu zəhərləndi - Xəstəxanaya yerləşdirildilər

img

07-03-2017 [21:43]


Tovuzda fəaliyyət göstərən «Turan» futbol klubunun oyunçusu zəhərlənib. 

APA-nın qərb bürosunun məlumatına görə, klubun futbolçusu Bakı sakini, 1996-cı il təvəllüdlü Mirkamil Haşımlı komandanın məşq bazasında özünü pis hiss edərək,  zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. M. Haşımlı qida qəbul etdikdən sonra özünü pis hiss etdiyini deyib.  
 
Klubun başqa bir futbolçusu, rayonun Əlimərdanlı kənd sakini 1996-cı il təvəllüdlü Tağıyev Eltay səhhətinin pisləşdiyinə görə xəstəxanaya müraciət edib. Qızdırması olduğu bildirilən futbolçuya tibbi yardım göstərilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA