Azərbaycanlı "qanuni oğru" həbs edildi - Rusiyada

img

06-03-2017 [15:52]


Moskva şəhər Presnesk rayon məhkəməsi azərbaycanlı qanuni oğru Taleh Dağlıyevi 3 il müddətinə azadlıqdan məhrum edib.

Mia.az lent.az-a istinadən xəbər verir ki, kriminal aləmdə "Taleh Maştağinski" kimi tanınan Dağlıyev narkotik maddə saxlamaqda ittiham edilib.

Dağlıyev ötən ilin sentyabrında Moskvadakı "Naş dvor" restoranında saxlanılmışdı. Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı "Taleh Maştağinski"nin üzərindən narkotik maddə tapılmışdı.

Taleh Dağlıyev Bakının Maştağa qəsəbəsindəndir. O, 2014-cü ildə Türkiyədə keçirilən "sxodka"da "oğru" adı alıb. Ona bu titul "Lotu Quli" tərəfindən verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA