06-03-2017 [15:28]
Moskvada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Rusiya xarici işlər naziri arasında danışıqlar başa çatıb.
TASS xəbər verir ki, nazirlər görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.
Mətbuat konfransında nazirlərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar predmeti olan sənəd barədə sual verilib.
Bu suala birinci cavab verən Sergey Lavrov deyib ki, əvvəla o, Dağlıq Qaraba münaqişəsinin nizamlana bilən münaqişə olduğuna inanır.
Rusiya xarici işlər nazirinin sözlərinə görə, çoxillik təmaslar, danışıqlar nəticəsində işlənib hazırlanmış nizamlama modeli bunu deməyə əsas verir:
"İndi isə bu nizamlama modelinin əsas məqamları barədə. Bura ilk növbədə təhlükəsizliyin təmin olunması, humanitar məsələlər, Dağlıq Qarabağ ətrafında yerləşən rayonların qaytarılması, Dağlıq Qarabağın yekun statusu kimi məsələlər daxildir.
Əlbətdə, Dağlıq Qarabağda yaşayan əhalinin mövqeyi nəzərə alınmaqla. Habelə beynəlxalq sülhməramlı əməliyyatların aparılması nizamlama modelinin məqamlarından biridir.
Lakin iki-üç prinsipial məsələ var ki, biz hələ bunlarla bağlı ümumi mövqeyə gəlməkdən uzağıq. Onlar hələ müzakirə olunur, hansı ki, bu günkü görüşümüzdə də biz bu məsələlər barədə detallı şəkildə danışdıq.
Mən qeyri-səmimi görünmək istəmirəm, ona görə də açıq deməliyəm ki, həmin prinsipial məsələlər barədə tərəflər ortaq mövqeyə gəlməkdən uzaqdır. Bunlar əlavə danışıqlar, əlavə səylər tələb edir”.
Rusiya xarici işlər naziri əlavə edib ki, indiki situasiyada onlar münaqişəyə dair məzmunlu danışıqların aparılmasının vacibliyini nəzərə alır: "Xüsusən də bu danışıqlar təmas xəttində deeskalsiya üçün vacibdir".
Lavrov tərəflər arasında qarşılıqlı etimad mühitinin olmaması haqda da danışıb, ötən il prezidentlər arasında Vyanada və Sankt-Peterburqda əldə olunmuş anlaşmalar əsasında qarşılıqlı etimad mühitinin formalaşdırılmasına çağırıb.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, Bakı münaqişəyə dair substansiv, yəni konkret məqamlar üzrə konkret məsələlərin müzakirə olunduğu danışıqlara tərəfdardır.
Məmmədyarovun sözlərinə görə, danışıqlar dayananda toplar işə düşür, ona görə də danışıqların bərpası heç olmasa təmas xəttində hərbçilərin həlak olmasının qarşısını ala bilmək üçün lazımdır.
Məmmədyarovun sözlərinə görə, Rusiya Qarabağ münaqişəsinin nizamlanması üçün çox ciddi səylər göstərir. "Və biz bu gün bunu detallı şəkildə müzakirə etdik. Rusiyanın səylərini Ermənistanda da eşidirlər, Azərbaycanda da, hansısa perspektivlər var”
E. Məmmədyarova isə İrəvanın münaqişənin həlli üçün siyasi iradəsi olmadığını vurğulayıb.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində başlıca şərt işğal altındakı Azərbaycan ərazilərinin geri qaytarılması və qoşunların çıxarılmasıdır.
Mia.az
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar