Murat Şallı Azərbaycana üz tutub

img

20-06-2010 [04:50]


Alaturka-2010" yarışmasının qalibi, türk müğənnisi Murat Şallı bizə müsahibə verib. O, dünyanın ən yaxşı konservatoriyasının ölkəmizə məxsus olduğunu düşünür. [b]- Murat bəy, müsabiqə həyatınızda nəyi dəyişdi?[/b] - 15 həftəlik bu yorucu marafonda 1-ci olmağı bacardım. Musiqi təhsilim olmasa da, Allaha şükr edirəm ki, mənə istedad verib. Buna görə özümə güvənirdim. Mənimlə birlikdə sona kimi qalan 4 nəfər də güclü rəqib idi. Amma səs və musiqi təcrübəsinə görə mən daha üstün idim. Çünki 9 ilə yaxındır musiqi ilə məşğulam. Bir müddət İsveçrədə, Kıbrısda və Türkiyənin müxtəlif şəhərlərdə çalışmışam. Müsabiqə isə məni daha geniş miqyasda tanıntdı. Ondan sonra bir çox qostrollarım oldu. Yeri gəlmişkən, müsabiqədə Azərbaycanı təmsil edən Sima Qasımovanın da çox gözəl səsi var. Təəssüf ki, yetərincə səs toplaya bilmədi. [b]- Müsabiqədə tamaşaçılarla yanaşı münsiflər heytinin mövqeyini qazanmaq da çətin məsələdir. [/b] - Elədir. Amma bütün münsiflər - Bülent Ersoy, Metin Akpınar, Gülben Ergen, Armağan Çağlayan məni dəstəkləyirdilər. Yalnız Armağan bəzən "iynəli" sözlər deyirdi. Amma zatən onun işi budur, iyiyə kötü deməsə Armağan Çağlayan olmaz. Əsas odur Bülent Ersoy kimi çox kaprizli sənətkar hər zaman məni dəstəkləyirdi. Amma bir dəfə onunla da aramızda gərginlik yarandı. Bir mahnını duet şəklində oxuduq. Mənim səsim daha zil olduğundan Bülent xanım zora düşdü. [b]- Düşünmürsünüz ki, belə zəngin səsə malik olmanız başınıza bəla gətirər? [/b] - Təbii, çox istedadlı gənc ifaçılar öndə olanları qıcıqlandırır. Sənətçilərin həyatlarında bəzən rəqabətlə bağlı elə xoşagəlməz anlar olur ki, insanın tükləri biz-biz durur. Kiminə güllə atırlar, kiminin üstünə adam göndərirlər, kiminin də özəl həyatını internetə çıxarırlar. Allaha şükür, hələ mənə qarşı belə hərəkət olmayıb. Amma yarışmada səhnəyə çıxarkən səsimi aşağı alırdılar ki, çox zilə qalxmayım. Hələ ilk oxuduğum həftə ifamdan heyrətə gələn neçə-neçə insan müəllimim Selçuk Tekayı aramışdı. [b]- Azərbaycana gəlişiniz nə ilə bağlıdır? [/b] - Burada qohumlarım var. Həyat yoldaşım da azəri olduğundan Bakıda qalıb çalışmağı düşünürəm. Mənim üçün bura da bir vətəndir. Azərbaycanı Türkiyədən ayırmıram. Buna görə də azəri qızı ilə evləndim. Dünyanın ən iyi konservatoriyası da Azərbaycandadır. Azəri musiqisinə böyük hörmətim var. 7-dən 77-yə hər kəs gözəl musiqinin nə olduğunu dərk edir. Burada musiqi mədəniyyətimi də artırmaq niyyətim var. Mənə gözəl baxarlarsa, əvəzsiz qalmaram. İnşallah, Azərbaycan mahnıları da oxumaq istəyirəm. Muğama da böyük marağım var. [b]- Yəqin ki, müsabiqənin təşkilat komitəsi ilə müqaviləniz var. Nə əcəb Sizin bura gəlmənizə izn verdilər? [/b] - Doğrudur, 5 illik sövdələşməmiz var. Amma mənə demirlər ki, 5 il bizə bağlı qalacaqsan. Əgər sponsor tapsam, müqaviləni həmin insana həvalə edə bilərlər. Bura gələndə isə icazə almışam. Əslində, buna elə bir ehtiyac da yoxdur, çünki həyat yoldaşım azəridir. [b]- Murat Şallı üçün zirvə nə deməkdir? [/b] - "Pop-star Alaturka"da qalib gəlmək asan olmasa da, bu mənim xəyal etdiyim zirvə deyil. Bülent Ersoy, İbrahim Tatlısəs, Alim Qasımov səviyyəsinə gəlmək və daha böyük miqyasda tanınmaq istərdim. [b]- Pərəstişkarlarınızı nə kimi sürprizlər gözləyir? [/b] - Hələlik sözləri, musiqisi və aranjemanı özümə məxsus 4 mahnım var. İlin sonuna kimi albomumu ərsəyə gətirmək niyyətindəyəm. Azərbaycanlı bəstəkarlarla da işləməyi düşünürəm. Təbii ki, klip də olacaq. Ola bilər ki, onu da Azərbaycanda çəkdirim.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA