Hollandiya milliləri yaponları da məyus etdi, Kamerun isə mundiala ?əlvida? dedi

img

20-06-2010 [01:03]


Futbol üzrə dünya çempionatında E qrupunun ikinci turunda qrupun favoriti sayılan Hollandiya millisi Yaponiya yığmasına minimal hesabla qalib gəlib. Bərabər şəraitdə keçən görüşdə yeganə qolu 53-cü dəqiqədə Uesli Sneyder vurub. Birinci hissə qolsuz bərabərliklə başa çatıb. Tərəflərdən heç biri rəqibin qapısı qarşısında ciddi təhlükə yarada bilməyib. İkinci hissə isə hollandların hücumu ilə başlayıb və bu hücumlardan biri qolla nəticələnib. Künc zərbəsindən sonra Robin van Persi topu arxaya ? Sneyderə ötürüb. Sonuncu isə uzaqdan qapının küncünü nişan alıb. Yaponiyalı qolkiper topa dəysə də, onu qaytara bilməyib. Bundan sonra hər iki tərəf bir neçə kəskin hücum təşkil etsə də, hesab dəyişməyib. Bu qələbədən sonra Hollandiya 6 xalla qrup liderinə çevrilib. Turun ikinci oyunu Kamerun və Danimarka komandaları arasında baş tutub və Danimarka 2-1 hesabı ilə qələbə qazanıb. Bu qələbə Avropa komandasını növbəti mərhələyə çıxmaq şansını artırsa da, Kamerunun mundiala ?əlvida? deməsinə səbəb olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA