Azərbaycanlı iş adamının restoranı partladıldı - Özü yaralandı

img

04-03-2017 [15:49]


Ukraynanın Donetsk şəhəri ətrafında azərbaycanlı iş adamına məxsus restoranı partladılıb.

Mia.az xəbər verir ki, Donetsk Azərbaycanlıları Konqresindən apa-ya verilən məlumata görə, hadisə martın 2-də baş verib. Partlayış nəticəsində restoranın sahibi, əslən Azərbaycanın Zərdab rayonundan olan 60 yaşlı İsmayıl Quliyev yaralanıb. O, xəstəxanaya yerləşdirilib, müalicə olunur.

Hadisəni törədənlər maskalı olublar, onların kimliyi məlum deyil.

Qeyd edək ki, son vaxtlar Ukraynada azərbaycanlı iş adamlarına və onlara məxsus obyektlərə qarşı hücumlar, adam oğurluqları artıb, 25 azərbaycanlının naməlum şəxslər tərəfindən oğurlandığı bildirilir. Bu faktlarla bağlı Ukrayna Baş Prokuroluğu tərəfindən cinayət işi başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA