ADP rəhbərliyi isa Qəmbər və Müsavatdan ?qara piar?a son qoymağı tələb etdi

img

22-06-2010 [04:22]


Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Müsavat Partiyasının başqanına müraciət ünvanlanıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ADP mətbuat xidmətindən məlumat daxil olub. Müraciətdə deyilir: ?Artıq neçənji dəfədir ki, bir sıra mətbuat orqanlarında, o jümlədən ?Yeni Müsavat? qəzetində ADP sədri Sərdar Jəlaloğluya qarşı bəzi müsavatçılar tərəfindən çirkin kampaniya aparılır. İlk günlərdən bunun bir təsadüf olduğunu zənn edib buna reaksiya verməklə, iki müttəfiq partiya arasında yersiz söz-söhbət yaradılmasını lazımsız bildim. Düşündüm ki, bu hansısa müsavatçı gənjin bir xətasıdır, Müsavat rəhbərliyi bunu yoluna qoyar. Amma bu jür çirkin kampaniyanın davamlı olduğunu gördükdə bu kampaniyanın arxasında məhz Müsavat rəhbərliyinin dayandığına inanmaqdan başqa yolum qalmadı. Ona görə də bir az da təmkinli davranaraq bu kampaniyanı durdurmaq, partiyalararası münasibətlərə xələl dəyməməsi naminə Müsavat Partiyası rəhbərliyinə mürajiət etməyi qərara aldım. Hörmətli İsa Qəmbər və müsavatçı dostlar! Bu gün ölkədə demokratik qüvvələrin təmərküzləşməsinə, inteqrasiyasına ən azından milli maraqlarımız naminə qarşıdan gələn parlament seçkilərində eyni mövqedən çıxış etməyimizə ehtiyaj duyulduğu bir vaxtda Müsavat partiyası funksionerlərinin digər müxalifət partiyası liderlərinin, o jümlədən ADP sədri Sərdar Jəlaloğlunun ünvanına mətbuat orqanlarında heç bir etik və əxlaq normalarına sığmayan təhqiramiz ifadələr işlətməsi ajı təəssüf doğurur. Müxalifət liderlərinə qarşı bu jür çirkin kampaniyanın Müsavat Partiyası funksionerləri tərəfindən aparılması müsavatçılıq ideologiyasının da açıq-aydın təhqir olunmasıdır. Əgər sözün həqiqi mənasında Müsavat Partiyası Azərbayjanda azad, ədalətli və demokratik bir jəmiyyət qurmaqda maraqlıdırsa, onda ilk növbədə Müsavat Partiyası funksionerləri özləri bu ideyaları yaxından mənimsəməlidir. Əgər Müsavat Partiyası və onun lideri İsa Qəmbərin iddia etdiyi kimi hakimiyyətə gəlmək istəyirlərsə, onda sizlər öz müttəfiqlərinizi bir araya gətirmək istiqamətində səmimi və davamlı səylər göstərməlisiniz. Yox əgər bu günkü Müsavat rəhbərliyinin fəaliyyəti demokratik düşərgədə dezinteqrasiyaya xidmət edirsə, Müsavat Partiyasının hakimiyyətə gəlmək iddiası öz-özünü və zavallı Azərbayjan vətəndaşlarını aldatmaqdan başqa bir şey deyil. Bu günkü reallıq ondan ibarətdir ki, ölkədə olan siyasi güjlərin heç biri təkbaşına iqtidara gəlmək potensialında deyil. Bu baş verəjəksə demokratik qüvvələrin birliyi ilə baş verəjək. Bu jür əxlaq və dünyagörüşü və öz müttəfiqlərinə qarayaxma kampaniyası ilə isə heç 100 ildən sonra da Müsavat Partiyası Azərbayjanda qarşısına qoyduğu məqsədlərə nail ola bilməyəjəkdir. Tam səmimi olaraq bildirirəm ki, mən bu vəziyyətə ajıyıram. Bu gün Müsavat Partiyası tərəfindən ADP sədri Sərdar Jəlaloğlunun hədəf seçilməsini isə heç anlamıram. Sərdar Jəlaloğlu Müsavat Partiyasına nə pislik edib ki? Yadımdadır, 2003-jü il prezident seçkiləri zamanı ADP Müsavat Partiyasının lideri İsa Qəmbərə dəstək verdi. 15 oktyabr prezident seçkiləri gününün səhəri Sərdar Jəlaloğlu Azərbayjanda bütün beynəlxalq təşkilatlara və diplomatik korpuslara bir mürajiət hazırladı. Mürajiətdə İsa Qəmbərin Azərbayjan Respublikasının prezidenti kimi tanınmasına çağırış edilirdi. Həmin gün Müsavat partiyasını seçkilərdə dəstəkləyən 30-dan çox ijtimai-siyasi təşkilatdan birini tapa bilmədik ki, (hamısı qaçıb gizlənmişdi) həmin mürajiətə imza atsın, amma Sərdar Jəlaloğlu bunu təkbaşına etdi və sonadək Müsavat Partiyası ilə səmimi müttəfiqliyinə görə evinə basqın edildi, ailəsinə və evinə maddi-mənəvi zərbələr dəydi, həbs olundu, amansız işgənjələrə məruz qaldı və xeyli məhbəs həyatı yaşamalı oldu və s. Bu gün görünür Müsavat Partiyası Sərdar Jəlaloğlunun bu kişiliklərinin bədəlini onu söydürmək, təhqir etdirməklə ödəmək istəyir. Müsavatçı dostlar! Bu gün sizlər Sərdar Jəlaloğluna elə şəxslərin əli ilə çamır atmaq istəyirsiniz ki, o şəxslər Sərdar Jəlaloğludan çox-çox balaja görünür. Aşağıdan yuxarı atılan çamırlar isə geriyə elə həmin şəxslərin üzünə töküləjək, hətta sizlərin də üstünə sıçrayajaq. Həmin şəxslər Sərdar Jəlaloğlunu ?meyit yaran? adlandırır, anjaq anlamırlar ki, Sərdar Jəlaloğlunun yardığı meyitlər həmin şəxslərdən və onların havadarlarından çox-çox janlı olub. Hörmətli İsa Qəmbər və müsavatçı dostlar! Əgər doğrudanda bu çirkin kampaniyanın arxasında sizlər deyilsinizsə və doğrudanda sizlər ölkədə demokratik düşərgənin birliyində, ən azı bir müttəfiq kimi əməkdaşlıqda maraqlısınızsa bu kampaniyanı durdurun. Bu jür çirkin kampaniya davam edəjəksə, ijazə verin inanaq ki, bu kampaniyanın arxasında duranlar məhz sizlərsiniz və bizim də danışmaq haqqımızı tanıyasınız.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA