MMP qərbi azərbaycanlılarla hakimiyyəti üz-üzə qoymağa cəhd edənlərə mesaj verdi

img

17-06-2010 [03:03]


Azərbaycanda 2010-cu ilə Parlament seçkiləri yaxınlaşdıqca ölkənin ictimai-siyasi həyatında həmişə olduğu kimi, gərinlik yaradan qüvvələr fəallaşmağa başlayıb. Həmin qüvvələr əsas gücü etnik və regionçuluq zəminində qarşıdurma yaratmağa sərf etməyə çalışırlar. Bu gün Müasir Müsavat Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının bir qrup fəal üzvü toplantı keçiriblər. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, toplantıda ölkə mətbuatında müxtəlif regionlardan olan tanınmış şəxslərin adından istifadə edərək şaiyələr dərc etdirən radikal qüvvələrin məqsəd və məramları müzakirə edilib. Məlumatda o da bildirilir ki, hər dəfə seçki vaxtı ölkədə xüsusi çəkiyə malik region kimi Qərbi Azərbaycandan olan narazıların, əsasən də sabiq səhiyyə naziri Əli İnsanovun adından istifadə edilir ki, bu da qərbi azərbaycanlıların narahatçılığına səbəb olur. MMP-nin bugünkü toplantısında bu cür yalan informasiyalar dərc edən qəzetlər pislənmiş və bu hal qərbi azərbaycanlılarla hakimiyyəti üz-üzə qoymaq cəhdi kimi qiymətləndirilib. Toplantıda qərara alınıb ki, Müasir Müsavat Partiyası süni şəkildə yaradılan və qərbi azərbaycanlıların adından istifadə edərək seçkini pozmağa çalışan bütün qüvvələrə öz yerini göstərmək üçün müxtəlif təzyiq formalarından istifadə etsin. Bunun üçün üç nəfərdən ibarət xüsusi komissiya da yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA