Müsavat Partiyası və Demokratiya Uğrunda ittifaq sabah icazəsiz aksiya keçirəcək

img

11-06-2010 [03:57]


Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq birgə icazəsiz aksiya keçirmək barədə qərar qəbul edib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının MİA-ya verdiyi məlumata görə, bu barədə qərar mitinq komitəsinin bugünkü toplantısında verilib. A.Hacılının sözlərinə görə, iclasda mitinq komitəsinin üzvləri meriyanın təklif etdiyi yerdə aksiya keçirməyəcəklərini bildiriblər. Müzakirələrdən sonra aksiyanın sabah saat 15.00-da Hüseyn Cavid bağında keçirilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA