Bakıda qadın üzərinə benzin töküb özünü yandırdı - Dəhşətli intihar

img

25-02-2017 [09:43]


Bakıda şəkər xəstəsi olan özünü yandıraraq intihar edib. Hadisə Xətai rayonunda baş verib.

Belə ki, Nobel prospektindəki evlərdən birində yaşayan 1951-ci il təvəllüdlü Həqiqət Qasımova intihar etmək məqsədilə üzərinə yanacaq tökərək özünü yandırıb. O, aldığı yanıq xəsarətlərindən vəfat edib.
H.Qasımova şəkər xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır(report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA