Koreya və Argentina qələbə qazandı, ingiltərə ABŞ-la bacarmadı

img

16-06-2010 [04:28]


Bu gün futbol üzrə dünya çempionatının ikinci oyun günündə üç qarşılaşma keçirilir. Qol.Az-ın məlumatına görə, artıq bu oyunlardan ikisi başa çatıb. Saat 16.30-da start götürən Cənubi Koreya - Yunanıstan görüşündə nəhayət ki, bu mundialın ilk qalibi müəyyənləşib. Bu, 2 cavabsız qolla qələbə qazanan koreyalılara nəsib olub. Əsas diqqət isə futbol nəhəngləri - Argentina ilə İngiltərənin keçiricəkləri oyunlaradı. Bu nəhənglərdən Argentinanın da oyunu başa çatıb və Dieqo Maradonanın komandası Nigeriya üzərində minimal hesablı qələbə qazanıb. Günün son matçı isə İngiltərə ilə ABŞ yığmaları arasında keçirilib. Favoritlər sırasında göstərilən Fabio Kapellonun komandası erkən qolla hesabı açsa da, qələbə qazana bilməyib. Qapıçısı Qrinin səhvi ingilislərin ilk oyunda 1 xalla razılaşmasına gətirib çıxarıb. C qrupu 23.30. İngiltərə - ABŞ - 1:1 Baş hakim: Karlos Simon (Braziliya) Rustenburq. Royal Bafokenq stadionu İNGİLTƏRƏ: Qrin, Conson, Koul, Terri, Cerrard (k), Lennon, Kinq (Karrager, 46), Lempard, Milner (Rayt Filips, 16), Runi, Heski (Krouç, 79) ABŞ: Hovard, Bokaneqra (k), Bredli, Onevu, Çerundolo, De Merit, Dempsi, Donovan, Klark, Altidor (Holden, 86), Findli (Baddl, 77) QOLLAR: Cerrard, 4 - Dempsi, 39. B qrupu 19.00. Argentina - Nigeriya - 1:0 Baş hakim: Volfqanq Ştark (Almaniya) Yohannesburq. Ellis Park stadionu ARGENTİNA: Romero, Demişelis, Hayntse, Di Mariya (Burdisso, 84), Veron (Maksi Rodriges, 74), İquain (Milito, 79), Messi, Teves, Samuel, Maskerano, Xonas. NİGERİYA: Enyama, Yobo, Tayvo (Uçe, 75), Şittyu, Yakubu, Kayta, Haruna, Odia, Obinna (Martins, 52), Obasi (Odemvinçe, 60), Etuxu QOL: Hayntse, 6. 16.30. Cənubi Koreya - Yunanıstan - 2:0 Qollar: Li Junq Su (7), Park Ji Sunq (52)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA