Naxçıvana gedən avtobus qəzaya uğradı - 7 nəfər ölüb, 28 nəfər yaralanıb

img

20-02-2017 [13:39]


İğdırda dəhşətli yol qəzası baş verib. 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə İğdırdan Naxçıvana gedən yolda qeydə alınıb.

İki sərnişin avtobusu toqquşub. 7 nəfərin öldüyü, 28 nəfərin yaralandığı bildirlir. Hadisə yerinə çox sayda ambulans və xilasedici cəlb edilib.

Nəqliyyat vasitələrində sıxışıb qalan insanların olduğu qeyd edilir.

İğdır Dövlət Xəstəxanasından APA TV-yə verilən məlumata görə, ölən və yaralananlar arasında 6 Azərbaycan vətəndaşı var. Onlardan ikisi sürücülər, 4 nəfəri isə sərnişindir. Ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA