Polisə ictimai dəstək qrupunun üzvü bıçaqlanıb - Gəncədə

img

15-02-2017 [16:53]


Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncənin şərq çıxışında yerləşən Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan qəsəbədə qeydə alınıb.

 Kəlbəcər rayon Polis Şöbəsinin nəzdində olan polisə ictimai dəstək qrupunun üzvü, 1993-cü il təvəllüdlü Salahlı Şəhriyar Qürbət oğlu hələ ki, kimliyi məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Yaralı isə Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib.
 
Vəziyyətinin orta ağır olduğu bildirilir. 
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA