Bakıda dəhşət - 2 aylıq körpə yanaraq öldü (YENİLƏNİB)

img

14-02-2017 [19:02]


Bu gün Bakının Binəqədi rayonunda 2 aylıq körpənin ölümü ilə nəticələnən dəhşətli hadisə ilə bağlı yeni məqamlar üzə çıxıb.

Lent.az-ın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, Binəqədi rayonunda 3-ü mədən adlanan ərazidə yaşayan ailə hadisənin baş verdiyi evdə kirayədə qalırmış. Hadisənin baş verdiyi evin yaxın ətrafında demək olar ki, qonşu yoxdur. Ən yaxın evlər bir neçə yüz metr uzaqlıqda yerləşir.

Faciənin qurbanı olan Cəfərovlar ailəsi Füzuli rayonundan məcburi köçkün düşübmüş. Qonşulardan bildirilib ki, faciədən sonra qohumları gəlib onları özləri ilə rayon aparıb.

***

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd divan və 4 m2 sahədə lambirdən ibarət tavan yanıb.

Mia.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı 2016-cı il təvəllüdlü Cəfərov Cabbar Siyavuş oğlunun meyiti aşkar olunub. Bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 12:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA