ilham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi tikinti izlərinə baxız keçirib

img

10-06-2010 [05:08]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 10-da Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada aparılan tikinti işlərinin gedişi ilə maraqlanmış, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskizi və inşası üçün nəzərdə tutulan yerlə tanış olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tikinti işləri barədə dövlətimizin başçısına məlumat verib. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan yeni bina memarlıq üslubuna və qeyri-adi formasına görə tamamilə fərqlənəcəkdir. İnşaat işləri başa çatdıqdan sonra binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaqdır. Dövlətimizin başçısı və xanımı inşaat işlərinin gedişi ilə bir daha yaxından tanış oldular, binanın üst görünüşündə asılacaq milli ornamentlərlə bəzədilmiş lövhələrə baxmışlar. Prezident İlham Əliyev inşaat işlərinin yüksək standartlara uyğun surətdə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. Daha sonra dövlətimizin başçısı və xanımı yaxınlıqdakı ?Venesiya şəhərciyi? adlanan ərazidə inşa olunacaq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskiz layihəsi ilə tanış olublar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihə barədə Azərbaycan Prezidentinə və xanımına məlumat verib. Eskizin üst görünüşündə Azərbaycanın dövlət himninin notlarının əks olunduğu bildirilib. Qeyd olunub ki, işçi layihəni bu ilin sonunadək başa çatdırmaq, gələn il isə inşaat işlərinə başlamaq nəzərdə tutulub. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskiz layihəsi ilə tanış olduqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin inşası üçün nəzərdə tutulan əraziyə baxıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA