Sumqayıtda liseydə tüstülənmə - 4 nəfər zəhərləndi

img

11-02-2017 [13:03]


Sumqayıtda peşə liseyində baş verən tüstülənmədən 4 nəfər zəhərlənib.

Mia.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 10-da saat 13 radələrində Sumqayıt şəhərində yerləşən 10 saylı peşə liseyinin dəhlizindəki elektrik qutusunda qısaqapanmadan tüstülənmə baş verib. Orada yaşayan Qubadlı rayon sakinləri Elman Yusifov, arvadı Elmira, qonşuları Əli Abdullyev və Afaq Yusifova tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA